Türkiyə İspaniya ilə bərabərə qaldı — Yenilənib - Video
DÇ-2026-nın seçmə mərhələsinin son turu çərçivəsində İspaniya və Türkiyə millisi qarşılaşıb. “Qafqazinfo” xəbər verir ki, görüşün 4-cü dəqiqəsində Dani Olmo İspaniyanın ilk qolunu vurub. 42-ci dəqiqədə Türkiyə yığmasının 21 yaşlı hücumçusu Deniz Gül dəqiq zərbə ilə ispanların qapısına yol tapıb. Onu da bildirək ki, bu qol İspaniyanın E qrupunda qapısından buraxdığı ilk topdur. *** 54-cü dəqiqədə Salih Özcan komandasını önə çıxarıb. *** 62-ci dəqiqədə Oyarzabal İspaniyanın ikinci qolunu vuraraq hesabı bərabərləşdirib. *** Matç 2:2 hesabı ilə başa çatıb. Qeyd edək ki, komandalar arasında keçirilən əvvəlki qarşılaşmada Türkiyə İspaniyaya 0:6 hesabı ilə məğlub olmuşdu.

Şərh verin