NATO-dan imtina etmək üçün şərti açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olmaq ideyasından bir şərtlə imtina etməyə hazır olduğunu bildirib. Milli.Az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Ukrayna lideri vurğulayıb ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsində kompromisə getməyə hazırdır: "ABŞ ilə ikitərəfli razılaşma, eləcə də Rusiyanın yenidən hücum etməməsi üçün Avropa İttifaqı və digər ölkələrdən zəmanət təmin ediləcəyi təqdirdə, Şimali Atlantika Alyansına daxil olmaqdan imtina edə bilərik". Milli.Az