Sumqayıtda kəsilən suyun bərpa olunacağı vaxt açıqlandı - Rəsmi

Sumqayıt şəhərində suyun verilişində məhdudiyyət yaranıb. Milli.Az xəbər verir ki, bu barədə oxu.az -ın qaynar xəttinə müraciət edən sakinlər məlumat verib. Sakinlərin sözlərinə görə, şəhərin 18-ci mikrorayon ərazisində səhər saatlarından suyun verilişi dayandırılıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, su xəttində qəza baş verib: "Hazırda su xəttində qəzanın aradan qaldırılması istiqamətində təmir və bərpa işləri görülür. Axşama doğru işlər yekunlaşdırılacaq, daha sonra suyun verilməsi mərhələli şəkildə bərpa ediləcək". Müəllif: Malik Məlikov (Milli.Az redaktor)