Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - (Foto)
Park Cinema Park Bulvar filialında yerləşən əfsanəvi VIP zalını tamamilə yeniləyərək tamaşaçıların ixtiyarına verib. Artıq kinosevərləri daha yüksək komfort, eksklüziv xidmət və unudulmaz atmosfer təqdim edən yeni "Visa Premium Hall" gözləyir. Premium zal xüsusi rahatlıq üçün hazırlanmış dəri kreslolar, müasir dizayn və fərqli xidmət konsepsiyası ilə seçilir. Qonaqlar alış-veriş mərkəzində fəaliyyət göstərən restoranlardan birbaşa zala yemək sifariş edərək filmdən ayrılmadan sevdikləri təamların dadını çıxara bilərlər. Ən yeni film premyeraları yüksək komfort ilə Park Cinemada, "Visa Premium Hall"da tamaşaçıları gözləyir. Ünvan: Neftçilər 42, Park Bulvar 4-cü mərtəbə Biletlər: parkcinema.az

Şərh verin