“Semaqlutid”in artıq çəki zamanı qaraciyər xəstəliyinə effektiv təsiri

Son illərdə semaqlutid molekullu GLP-1 preparatları yalnız çəki idarəolunması üçün deyil, piylənmə ilə əlaqəli ciddi xəstəliklərin müalicəsində də daha geniş araşdırılır və tətbiq olunur. Bunun ən yeni nümunələrindən biri “Wegovy – semaqlutid” 2.4 mq preparatıdır. “​Novo Nordisk” semaqlutidin dünya üzrə artıq çəki və piylənmədən əziyyət çəkən hər 3 nəfərdən 1-i əhatə edən qaraciyər xəstəliyinə təsiri ilə bağlı yeni məlumatları təqdim edir. “​Novo Nordisk” mayın 27–30-da İspaniyanın Barselona şəhərində keçirilən Avropa Qaraciyər Tədqiqatları Assosiasiyasının (EASL) 2026-cı il İllik Konqresində metabolik disfunksiya ilə əlaqəli steatohepatit (MASH) xəstəliyinə dair yeni, geniş məlumat portfelini təqdim edib. MASH - dünya üzrə təxminən 250 milyon insanı əhatə edən, lakin çox tanınmayan, diaqnoz qoyulmayan və müalicəsiz qalan proqressiv və həyat üçün təhlükəli qaraciyər xəstəliyidir. Artıq çəki və piylənmə ilə yaşayan hər 3 nəfərdən birinin MASH-dan əziyyət çəkdiyi müəyyən edilib, dünya miqyasında isə halların 90%-i hələ də diaqnozsuz qalır. Xəstəlik qaraciyərdə çapıq toxumasının (fibrozun) əmələ gəlməsinə səbəb olur; sirroza, qaraciyər çatışmazlığına və qaraciyər xərçənginə qədər irəliləyə bilir və hal-hazırda Qərb ölkələrində qaraciyər transplantasiyasının əsas səbəblərindən birinə çevrilib. ESSENCE proqramından yeni klinik məlumatlar 2026-cı il EASL Konqresində “​Novo Nordisk” tərəfindən təqdim ediləcək yeni analizlər, 2.4 mq semaqlutidin MASH xəstələrində qaraciyər iltihabını və fibrozunu əhəmiyyətli dərəcədə azaltdığını əvvəlcədən ortaya qoyan ESSENCE III faza proqramı üzərində qurulub. Yeni məlumatlar xəstəliyin klinik xüsusiyyətlərinə daha dərindən aydınlıq gətirir: • ESSENCE Qaraciyər Təhlükəsizliyi Analizi (Newsome və b.): 2.4 mq semaqlutidin xəstə xüsusiyyətlərindən asılı olmayaraq əlverişli hepatik təhlükəsizlik profilini nümayiş etdirir. Bu nəticə qaraciyər funksiyası əvvəlcədən zəifləmiş MASH xəstələrini müalicə edən hepatoloqlar üçün mühüm klinik məlumat təqdim edir. • ESSENCE Menopauza Alt Qrup Analizi (Abdelmalek və b.): Hormonal dəyişikliklərin qaraciyər xəstəliyinin inkişafını sürətləndirdiyi menopauza dövründəki qadınlara dair əlavə klinik sübutlar təqdim edir. Bu qrup tarixən klinik tədqiqatlarda kifayət qədər təmsil olunmamış və ya az təmsil olunmuşdur. • ESSENCE Yaponiya Alt Qrup Analizi (Nakajima və b.): MASLD və MASH-ın daha aşağı bədən çəkisi həddində meydana çıxdığı və özünəməxsus metabolik və genetik risk profilinə malik olan Asiya xəstə populyasiyalarına dair mövcud elmi sübut bazasını genişləndirir. Bu, müalicənin qlobal tətbiqinə doğru mühüm bir addımdır. MASH-ın real dünyada yükü EASL 2026-da təqdim olunan real dünya sübutları MASH-ın gizli qalan ağır fəsadlarını üzə çıxarır: həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi, sağlamlıq xərclərinin kəskin artması və xəstələrin diaqnozsuz, həmçinin müalicəsiz qalması. Bu məlumatlar xəstəliyin iqtisadi və insani yükünü bir daha vurğulayır. “​Novo Nordisk”in qlobal tibbi məsələlər üzrə vitse-prezidenti David Ørsted bildirib: "Bu həftə paylaşdığımız elmi məlumatlar bizi MASH-ın erkən aşkarlandığı, effektiv şəkildə müalicə edildiyi və artıq diqqətdən kənarda qalmadığı bir gələcəyə daha da yaxınlaşdırır. Menopauza dövründə olan qadınların da sübuta əsaslanan və effektiv müalicəyə çıxış imkanlarına malik olmasının vacibliyini vurğulamaq istəyirik. Eyni zamanda, Yaponiyada, Böyük Britaniyada, Almaniyada və dünyanın digər ölkələrində yaşayan xəstələrin effektiv müalicələrə çıxış imkanlarının genişləndirilməsi böyük əhəmiyyət daşıyır." “Wegovy” haqqında “Wegovy” – semaqlutid 2.4 mq tərkibli GLP-1 preparatıdır. Bu preparat ABŞ FDA tərəfindən MASH - yəni metabolik disfunksiya ilə əlaqəli qaraciyər piylənməsi və iltihabı - olan, sirrozu olmayan, lakin orta və ya irəliləmiş fibroz mərhələsindəki yetkin pasiyentlər üçün təsdiqlənib. FDA bu təsdiqi MASH və qaraciyər fibrozunda yaxşılaşma göstəricilərinə əsasən verib. Semaqlutid həm klinik tədqiqatlarda, həm də real istifadə təcrübəsində geniş şəkildə öyrənilib və ümumilikdə 49 milyon xəstə istifadə təcrübəsinə malikdir. Qeyd edək ki, bu preparat Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş piylənmə əleyhinə semaqlutid tərkibli yegənə original preparatdır.