ABŞ-İran memorandumunun surətini paylaşdı — Fotolar
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “ tarixi sənəd ” adlandırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb. “Bu, tarixi bir sənəd və qüdrətli İrandan bir mesajdır: Sülh qarşılıqlı hörmət əsasında gerçəkləşəcək”, - İran Prezidentinin paylaşımında deyilir. Pezeşkian ölkəsinin hər zaman qlobal sülh ideyasına sadiq olduğunu, eyni zamanda öz ləyaqətini və müstəqilliyini qoruyaraq, tərəqqiyə və regional əməkdaşlığa can atdığını əlavə edib. O həmçinin özünün, ABŞ Prezidenti Donald Trampın və vasitəçi qismində Pakistanın Baş naziri Şahbaz Şərifin imzaladığı sənədin surətini paylaşıb.

Şərh verin