Pərəstu Əhmədiyə şallaq cəzası verildi
İranda müğənni Pərəstu Əhmədi və onun təşkil etdiyi "Karvansara" adlı virtual konsertin iştirakçıları məhkəmə qərarı ilə cəzalandırılıb. Məlumata görə, Qum əyalətinin Cinayət Məhkəməsi ümumilikdə 9 nəfəri "ictimai əxlaqa zidd məzmun yaymaq"da təqsirli bilib. Qərara əsasən, təqsirləndirilən şəxslərə 74 şallaq zərbəsi, 2 il ölkədən çıxış qadağası və 2 il sənət fəaliyyəti ilə məşğul olmaq qadağası tətbiq olunub. Məhkəmə onların "virtual məkanda əxlaqa zidd və qeyri-etik məzmun yayaraq ictimai iffətə zərər vurduğunu" bildirib. "Karvansara" adlı virtual konsertin videosu 2024-cü ilin dekabrında Pərəstu Əhmədinin YouTube kanalında yayımlanmış və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin