60 yaşlı kişi kanalda batdı

Ağdaş sakini kanalda boğularaq ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 17-si saat 10 radələrində rayonun Qarağan Şıxlar kəndində baş verib. Kənd sakini 1966-cı il təvəllüdlü Zahir Zakirov kəndin ərazisindən keçən Şirvan su kanalına düşüb. Z.Zakirovun meyiti sudan çıxarılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.