Rusiya Ermənistana etiraz notası göndərdi
Rusiya Ermənistanın Gümrü şəhərində Sovet dövrünə aid abidənin təhqir olunması ilə bağlı rəsmi İrəvana etirazını bildirib. Milli.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib. Onun sözlərinə görə, baş verən hadisə ilə əlaqədar Ermənistan tərəfinə diplomatik kanallar vasitəsilə etiraz notası təqdim olunub. Rusiya tərəfi Sovet abidəsinə qarşı edilən hərəkəti qəbuledilməz hesab etdiyini vurğulayaraq, hadisənin araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını gözlədiyini bildirib. Hadisə ilə bağlı Ermənistan rəsmilərinin mövqeyi hələlik açıqlanmayıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin