Yasamalda yanğında həlak olan Könülün qızından xəbər var

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamova Yeni Klinikanın reanimasiya şöbəsindən palataya köçürülüb. Milli.Az xəbər verir ki, bu barədə APA-ya Yeni Klinikanın Mətbuat xidmətindən məlumat verilib. "2000-ci il təvəllüdlü (qadın) şəxsin Yeni Klinikanın Terapiya şöbəsində müalicəsi davam etdirilir. Pasiyentin vəziyyəti stabil orta ağır olaraq qiymətləndirilir. Xəstənin pulmonoloji və qastroenteroloji müalicə tədbirləri planlı şəkildə davam etdirilir", - məlumatda qeyd olunub. Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır. Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Milli.Az