Arvadını ruh sandı, ürəyi GETDİ - VİDEO
Sosial şəbəkələrdə yayılan maraqlı görüntülər həm təəccüb, həm də gülüşlə qarşılanıb. Milli.Az xəbər verir ki,kadrlarda gecə saatlarında baş verən qeyri-adi hadisə əks olunub. Belə ki, kişi gecəyarısı mətbəxə daxil olarkən ağ geyimdə olan həyat yoldaşını görüb. Qaranlıq mühitdə qarşısındakı şəxsi tanımayan kişi onu əvvəlcə ruh zənn edib. İddialara görə, həmin vaxt həyat yoldaşı gecə saat 3 radələrində dondurma yemək üçün mətbəxə keçib. Qəfil qarşılaşma isə kişinin ciddi şəkildə qorxmasına səbəb olub. Hadisənin əks olunduğu görüntülər sürətlə yayılıb. İzləyicilər videoya çoxsaylı şərhlər yazaraq yaşananları həm maraqlı, həm də olduqca gülməli adlandırıblar. Qısa zamanda minlərlə baxış toplayan kadrlar sosial media istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub və gülüş dolu reaksiyalarla qarşılanıb. Musa Milli.Az

Şərh verin