80 yaşlı qadını ailəsi yorğana büküb yol kənarına ATDI - VİDEO
Hindistanda baş verən hadisə sosial şəbəkələrdə və yerli mediada geniş rezonans doğurub. Milli.Az xəbər verir ki, məlumata görə, xərçəng xəstəliyindən əziyyət çəkən 80 yaşlı qadın ailə üzvləri tərəfindən şəhər kənarına aparılaraq yol kənarında tərk edilib. İddialara əsasən, yaşlı qadın ədyala bükülmüş vəziyyətdə ərazidə qoyulub. Növbəti gün huşsuz halda tapılan qadın təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı polis araşdırmalara başlayıb. İlkin məlumatlara görə, qadının gəlini, onun yanında olan digər bir qadın və nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb. Hüquq-mühafizə orqanları hadisədə adı hallanan oğlunun da axtarışına başlayıb. Faciəvi hadisə ictimaiyyətdə böyük narazılıq yaradıb. Sosial şəbəkə istifadəçiləri yaşlı qadının başına gətirilənləri kəskin şəkildə qınayaraq, günahkarların qanun qarşısında cavab verməli olduqlarını bildiriblər. Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir. Musa Milli.Az

Şərh verin