Qənnadı sexində tortu görün necə hazırlayırlar... - VİDEO dəhşətə gətirir

Sosial şəbəkələrdə paylaşılan bir video izləyicilər arasında böyük təəccüb və narahatlıq yaradıb. Milli.Az xəbər verir ki, iddialara görə, görüntülər Hindistanda fəaliyyət göstərən qənnadı müəssisələrindən birində lentə alınıb. Kadrlarda istehsal sahəsindəki antisanitar vəziyyət diqqət çəkib. Videoda qida məhsullarının hazırlandığı ərazidə gigiyena qaydalarına əməl olunmadığı görüntülənir. Məhz bu səbəbdən yayılan kadrlar ciddi tənqid olunub. Görüntüləri izləyənlər qida təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə edərək belə müəssisələrdə nəzarətin daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar. Qısa müddətdə geniş yayılan video sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bir çox istifadəçi kadrlardakı mənzərənin onları dəhşətə gətirdiyini və bu cür şəraitdə hazırlanan məhsulların istehlakçılar üçün risk yarada biləcəyini qeyd edib. Musa Milli.Az