Bu bina hər kəsi HEYRƏTLƏNDİRİR: 22-ci mərtəbədə "şəhərcik" salıblar - VİDEO
Çinin Chongqing şəhəri qeyri-adi memarlığı və mürəkkəb yol sistemi ilə yenidən diqqət mərkəzinə düşüb. Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərdə böyük maraq yaradıb. Kadrlarda insanların sanki çoxmərtəbəli binanın 22-ci mərtəbəsində küçədə gəzdiyi görünür. İlk baxışdan inanılmaz təsir bağışlayan mənzərə şəhərin dağlıq relyefi və çoxsəviyyəli nəqliyyat infrastrukturu ilə əlaqədardır. Aşağı baxdıqda yolların, avtomobillərin və yaşayış binalarının ayaqların altında qaldığı görüntü insanlarda təəccüb doğurur. 32 milyondan çox əhalisi olan Çonqçin dünyanın ən böyük şəhər mərkəzlərindən biri hesab olunur. Şəhər xüsusilə çoxqatlı yolları, tunelləri, körpüləri və bir-birinin üzərindən keçən nəqliyyat xətləri ilə tanınır. Mütəxəssislərin fikrincə, Çonqçindəki yol şəbəkəsi dünyanın ən mürəkkəb nəqliyyat sistemlərindən biridir. Hətta bəzi turistlər və sürücülər naviqasiya tətbiqlərindən istifadə etsələr belə, şəhərin küçələrində istiqaməti itirməyin mümkün olduğunu bildirirlər. Sosial mediada yayılan görüntülər istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. Bir çoxları şəhəri "kompüter oyununun xəritəsinə" və ya "reallıqdan kənar bir məkana" bənzədərək heyranlıqlarını ifadə ediblər. Hüseyn Milli.Az

Şərh verin