21 ailə Cəbrayıla qayıdır — Fotolar

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. “Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 21 ailə - 79 nəfər köçürülüb. Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.