Prezident İlham Əliyev İsveç Kralını təbrik edib

Prezident İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava məktub ünvanlayıb. Milli.Az xəbər verir ki, məktubda qeyd olunub: "Əlahəzrət, İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim firavanlıq diləyirəm". Milli.Az