Qanunsuz saxlanılan silahlar aşkarlanıb

İyunun 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 2 tüfəng, 2 patron darağı və 548 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Milli.Az