Bakıda mağaza yandı — Video

Xəzər rayonu, Binə qəsəbəsi ərazisində mağazada yanğın baş verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Ümumi sahəsi 200kv.m. olan tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən fərdi yaşayış evinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları 100kv.m. sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.