3 yaşlı qızını girov götürən ata zərərsizləşdirildi - FOTO
Türkiyənin Ankara şəhərində ailə münaqişəsi faciə ilə nəticələnmək üzrə olub. Milli.Az xəbər verir ki, məlumata görə, həyat yoldaşı ilə mübahisə edən kişi 3 yaşlı qızını bıçaqla girov götürərək evin pəncərəsinə çıxıb və ətrafdakılara hədə-qorxu gəlib. Hadisə yerinə polis qüvvələri cəlb olunub. Keçirilən əməliyyat nəticəsində azyaşlı uşaq xilas edilib, şübhəli şəxs isə zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır. Fidan Milli.Az

Şərh verin