Oyunda dalaşdılar — Ayxan Abbasov millidən qovdu-Video
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar. Qeyd edək ki, millimiz Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda Maltaya 0:2 hesabı ilə uduzub. Həmin görüşdə rəqibin ikinci qolunun ardından futbolçular bir-biriləri ilə dalaşıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv iyunun 9-da San Marino yığması ilə üz-üzə gələcək.

Şərh verin