Mürsəl Əliyevə yeni vəzifə verildi
Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki "Mərkəzi Təminat və Marketinq İdarəsi" MMC-yə yeni direktor təyin olunub. Milli.Az nazirliyə istinadən xəbər verir ki, MMC-nin yeni rəhbəri Mürsəl Əliyevdir. O, bu vəzifədə Ramin İsrafilovu əvəz edib. Xatırladaq ki, "Mərkəzi Təminat və Marketinq İdarəsi" 2006-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb. Milli.Az

Şərh verin