Dünya Kuboku öncəsi qalmaqal: Futbolçular stadionlardaki problemi üzə çıxardı - VİDEO
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026-cı il FIFA Dünya Kubokuna sayılı günlər qalsa da, sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub. Milli.Az xarici mediaya istinadla xəbər verir ki, seneqal millisinin məşqi zamanı çəkilən videoda futbolçuların topu yerə vurduqdan sonra onun demək olar ki, sıçramadığı görünür. Oyunçuların buna təəccüblə reaksiya verməsi görüntülərin qısa zamanda milyonlarla baxış toplamasına səbəb olub. Viral videodan sonra bir çox azarkeş ABŞ-dakı meydançaların dünya çempionatı üçün hazır olub-olmadığını sual altına alıb. Sosial şəbəkə istifadəçiləri bu cür örtüyün oyunçuların zədələnmə riskini artıracağını və turnirin keyfiyyətinə mənfi təsir göstərə biləcəyini iddia ediblər. Fidan Milli.Az

Şərh verin