Sankt-Peterburqa dron hücumu — Evdə qalmaq tövsiyə edildi

Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron hücumuna məruz qalıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Beqlov “Max” sosial şəbəkəsindəki hesabında yazıb. “Sankt-Peterburq iyunun 6-da səhər saatlarında hərbi təyinatlı pilotsuz uçuş aparatlarının genişmiqyaslı hücumuna məruz qalıb. Hava hücumundan müdafiə vasitələri fəaliyyət göstərir”, - o bildirib. Beqlov, həmçinin şəhər sakinlərini evlərində qalmağa və küçəyə çıxmamağa çağırıb.