İki avtomobil “TIR”la toqquşdu — 4 yaralı - Video

Salyanda zəncirvari qəza baş verib. “Qafqazinfo”nun məlumatına görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının rayonun Çuxanlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Opel” və “Mercedes” markalı avtomobillər qarşıda gedən “TIR”la toqquşub. Qəza nəticəsində Astara rayon sakinləri - 1988-ci il təvəllüdlü Vahid Xandadaş oğlu Məhərrəmov, 1982-ci il təvəllüdlü Vüsalə Kamil qızı Kamilova, 1983-cü il təvəllüdlü Mərahim Ələddin oğlu Qafarov və 1978-ci il təvəllüdlü Məmmədağa Sədyət oğlu Sultanov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Surxay Şahbazov