Prezidentin yüksək vəzifə verdiyi Aida Hüseyn kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Aida Əli qızı Hüseyn Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib. Milli.Az Aida Hüseyn barədə maraqlı faktları sizə təqdim edir: Aida Əli qızı Hüseyn 1976-cı ildə anadan olub. 1997-ci ildə Azərbaycan Universitetinin Beynəlxalq hüquq bölməsindən, 2008-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq bölməsindən məzun olub. 1998-2002-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında laborant olub. 2002-2005-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında elmi işçi olub. O, ötən həftə Milli Məclisin qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin edilmişdi. Milli.Az

Şərh verin