Velosipeddən yıxılan 9 yaşlı oğlan öldü
Ağdamda velosipeddən yıxılan 9 yaşlı uşaq ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndində baş verib. 2016-cı il təvəllüdlü Hüseyn Rüfət oğlu Baxşəliyev velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək yıxılıb. Nəticədə H.Baxşəliyevin başı daşa dəyib və o, hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Ziya Əmirxanlı

Şərh verin