Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu - (Video)

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı istirahət etdiyi Mərakeşdən paylaşdığı görüntülərlə diqqət çəkib. Milli.Az xəbər verir ki, sosial şəbəkə hesabında video yayımlayan Kamil Zeynallı çimərlikdə tanış olduğu mərakeşli ailə ilə birlikdə rəqs etdiyi anları izləyiciləri ilə bölüşüb. Paylaşımına münasibət bildirən məşqçi, "Mərakeşli gözəl ailə və xanımla oynayırdım. Yoldaşı da, övladları da bizi çəkirdilər, sevinirdilər", sözlərini yazıb. Səmimi və əyləncəli anları əks etdirən görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilər videoya çoxsaylı bəyəni və şərhlər yazaraq Kamil Zeynallının xarici ölkədə yerli sakinlərlə qurduğu mehriban ünsiyyəti yüksək qiymətləndiriblər. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)