Ağdərədə avtomobil aşdı, iki nəfər öldü

Ağdərə rayonunda baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib. Milli.Az xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində Kəlbəcər rayon sakinləri - 1973-cü il təvəllüdlü Nazim Əsgərov və həyat yoldaşı, 1980-ci il təvəllüdlü Könül Əsgərova hadisə yerində həyatını itirib. Qəza zamanı avtomobildə olan digər sərnişin, 2000-ci il təvəllüdlü Mələk İsmayılova müxtəlif dərəcəli xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)