İyulun 15-də dəniz suyunun temperaturu 23-25 dərəcə olacaq
Milli Hidrometeorologiya Xidməti iyulun 15-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı proqnozu açıqlayıb. Milli.Az xəbər verir ki, məlumata əsasən, sabah Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Proqnoza görə, dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 23-24 dərəcə, cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda 24-25 dərəcə isti olacaq. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin