Ukrayna hökuməti istefaya göndərilib
Ukrayna Ali Radası Baş nazir Yuliya Sviridenkonun tutduğu vəzifədən istefasını dəstəkləyib. Ukrayna KİV-lərinin məlumatına görə, qərarın lehinə 258 deputat səs verib. Bu qərar eyni zamanda hökumətin bütöv tərkibdə istefaya göndərilməsi deməkdir. Bundan əvvəl, iyulun 12-də Ukrayna Prezidenti Volodimir Zelenski baş nazir Sviridenkoya başqa vəzifənin təklif olunacağını bildirmişdi. O eyni zamanda ölkənin siyasi strategiyasında dəyişikliklər ediləcəyini və bununla əlaqədar kadr islahatlarının həyata keçiriləcəyini açıqlamışdı. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin