“Top indi Rusiyadadır” — Almaniya Kansleri
Almaniya Kansleri Fridrix Merts Rusiyanı Milad bayramı ərəfəsində atəşkəs elan etməyə çağırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə o jurnalistlərə açıqlamasında bildirib. Siyasətçi bu addımın sülhün başlanğıcı ola biləcəyini vurğulayıb: “Top indi Rusiyadadır. Moskva 25 dekabr gecəsi Milad bayramı üçün atəşi dayandırsa, bu, mühüm addım olacaq. Bu addım həm də sülhün başlanğıcı ola bilər”. Xatırladaq ki, “Reuters” agentliyi dekabrın 15-də Rusiya ilə Ukrayna arasında münaqişənin həlli ilə bağlı mübahisəli məsələlərin bir çoxunun artıq razılaşdırıldığını bildirmişdi.

Şərh verin