Zelenski Berlin görüşündən danışdı
“Berlində Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar məhsuldar oldu, lakin sülh üçün hələ də işləmək və görüşmək lazımdır ”. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski görüşdən sonra bildirib. “Komandalarımız işləməyə davam edir. Çox detallar var. Biz müharibəni bitirmək üçün çalışmalıyıq”, - Zelenski vurğulayıb. Qeyd edək ki, dekabrın 14-ü Ukrayna Prezidenti Volodimir Zelenski Berlində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner ilə görüşüb. Danışıqlar bu gün də davam edib.

Şərh verin