Filipp Kirkorov axtarışa verildi
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) rusiyalı müğənni Filipp Kirkorovu rəsmi şəkildə axtarışa elan edib. Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin məlumatları hüquq-mühafizə orqanlarının axtarışda olan şəxslər üzrə elektron bazasına daxil edilib. Məlumata görə, Filipp Kirkorov hələ oktyabrın 30-da axtarışa verilib. Lakin bununla bağlı məlumat ictimaiyyətə yalnız bu gün təqdim olunub. Xəbərdə bildirilir ki, məsələ ilə bağlı məlumat Ukrayna hökumətinə yaxın mənbələrə istinadla yayılıb. Hüseyn Milli.Az

Şərh verin