15 istiqamətdə tıxac var

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 6. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində; 10. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 11. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 12. Babək prospekti, mərkəz istiqamətində; 13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 14. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 15. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.