Tramp BBC-ni məhkəməyə verdi

ABŞ Prezidenti Donald Tramp çıxışının “Panorama” sənədli filmindəki redaktəsinə görə BBC-yə qarşı milyardlarla dollarlıq böhtan iddiası qaldırıb. “Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Floridada təqdim edilən məhkəmə sənədlərinə görə, Tramp yayımçını böhtan atmaqda və ticarət təcrübələri qanununu pozmaqda ittiham edib. O, iddiaların hər biri üzrə 5 milyard dollar (3,7 milyard funt sterlinq) təzminat tələb edib. BBC Trampdan üzr istəsə də, onun kompensasiya tələblərini rədd edib. Trampın hüquq komandası BBC-ni “nitqini qəsdən, pis niyyətlə və aldadıcı şəkildə saxtalaşdırmaqla” onu böhtan atmaqda ittiham edib. BBC hələlik iddiaya cavab verməyib.