İranda ağır qəza — 13 ölü, 11 yaralı

İranda ağır yol nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, İsfahan-Natanz avtomobil yolunda avtobus aşıb. Nəticədə 13 nəfər həlak olub, daha 11 nəfər isə yaralanıb. Hazırda qəzanın səbəbləri araşdırılır.