İranla danışıqlar davam edəcək, amma hücum cavabsız qalmayacaq
ABŞ Prezidenti Donald Tramp İranla diplomatik təmasların davam etdiriləcəyini, lakin İordaniyadakı ABŞ bazalarına edilən son hücuma cavab veriləcəyini açıqlayıb. Milli.Az xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. "İndilik onlara danışmağa imkan verəcəyik", - deyə ABŞ lideri bildirib. Tramp qeyd edib ki, İranın İordaniyadakı ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi son hücum gözlənilməz olub. Onun sözlərinə görə, Amerika hərbçilərinin İran raketlərini zərərsizləşdirmək üçün cəmi bir neçə dəqiqə vaxtı olub. ABŞ Prezidenti vurğulayıb ki, baş verənlərə cavab olaraq İrana qarşı zərbələr endiriləcək. "Biz onları sərt şəkildə vuracağıq. Onlar ağır zərbə alacaqlar", - deyə Tramp bildirib. O, həmçinin İraqda İranın dəstəklədiyi silahlı qruplaşmalara qarşı mümkün tədbirlərin nəzərdən keçirildiyini açıqlayıb və həmin qrupları "dünya üçün xərçəng" adlandırıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin