“Sabah” Çempionlar Liqası ilə vidalaşdı

“Sabah” basketbol komandası FİBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçına çıxıb. “Qafqazinfo” xəbər verir ki, komanda səfərdə “Alba” ilə üz-üzə gəlib. Matçda Almaniya klubu 106:82 hesablı qələbə qazanıb. Nəticədə “Sabah” B qrupunda 7 xalla sonuncu yeri tutub və turnirdə mübarizəni dayandırıb.