Ronaldo “The Best” səsverməsində iştirak etmədi

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo FİFA tərəfindən 2025-ci ilin ən yaxşı futbolçusu, qapıçısı və məşqçisinin müəyyənləşdirilməsi üçün keçirilən səsvermədə iştirak etməyib. “Qafqazinfo” xəbər verir ki, onu komanda yoldaşı Bernardo Silva əvəzləyib. Ronaldonun niyə səsvermədə iştirak etmədiyi bəlli deyil.