Bakıda 31 yaşlı qadın dəm qazından öldü — Yenilənib
Bakıda daha bir nəfər dəm qazının qurbanı olub. “Qafqazinfo” xəbər verir ki, hadisə dekabrın 16-sı saat 06 radələrində Qaraçuxur qəsəbəsində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Rəşidə Abdullayeva yaşadığı evdə dəm qazından zəhərlənib. Onun meyiti yaxınları tərəfindən hamam otağında aşkar edilib. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır. *** Hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq verilən məlumatda bildirilib ki, ötən gün saat 00:50 radələrində Qaraçuxur qəsəbəsindən təcili çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər qadının həkiməqədər ölüm faktı qeydə alınıb.

Şərh verin