Dini mövzuların mediada təqdimatına həsr olunmuş konfrans keçirilir

Bu gün Qusarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil olunan "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfrans işinə başlayıb. Milli.Az xəbər verir ki, konfransda Dini Komitə və Qusar rayon İcra Hakimiyyətinin rəhbərliyi, media nümayəndələri, ilahiyyatçılar, din xadimləri iştirak edir. Tədbirdə media subyektlərinin dini sahə ilə bağlı məsələlərin işıqlandırılmasında məsuliyyəti, dini maarifləndirmə işinin təşkilində mətbuatın rolu, radikalizm, ekstremizm, dözümsüzlük kimi mənfi təzahürlərin yayılmasının qarşısının alınması üçün üzərlərinə düşən öhdəliklərin müzakirəsi aparılacaq. Qeyd edək ki, sabah   bölgədə yerləşən dini ibadətgahlara mediatur təşkil ediləcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)