Sabah bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. Milli.Az xəbər verir ki, dekabrın 26-da gecə və səhər bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq. Bildirilir ki, hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. Milli.Az

Şərh verin