Türkiyədə yaşayış binasında yanğın — 15 nəfər tüstüdən zəhərləndi
Türkiyənin Van vilayətinin Erciş rayonunda yaşayış binasının 6-cı mərtəbəsində yanğın baş verib. “Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Yanğın zamanı tüstüdən zəhərlənən 15 nəfər xəstəxanaya yerləşdirilib. Yanğının səbəbinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Şərh verin