Oqtay Əsədovun qızının dəfn yeri məlum oldu
Milli Məclisin sabiq sədri Oqtay Əsədovun ötən gün xərçəng xəstəliyindən vəfat edən qızı Nərmin Əsədovanın dəfn yeri məlum olub. Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, mərhum bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək. N.Əsədovanın 3 mərasimi Heydər Məscidində keçiriləcək. Qeyd edək ki, N.Əsədova uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Onun 5 övladı var. Xatırladaq ki, Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. Milli.Az

Şərh verin