II Qaregin ilk dəfə yeni parlamentin birinci iclasına dəvət olunmadı

Bütün ermənilərin katolikosu II Qaregin Ermənistan tarixində ilk dəfə yeni parlamentin ilk sessiyasının açılış mərasimində iştirak etməyəcək. Milli.Az-ın Ermənistan mediasına istinadən xəbərinə görə, Erməni Apostol Kilsəsi bu dəfə tədbirə dəvət almayıb. Məlumatda bildirilir ki, hakimiyyət II Qareginə ayrıca dəvət göndərməyi planlaşdırmır. Buna səbəb isə onun mərasimdə iştirakının məcburi xarakter daşımaması göstərilir. Qeyd olunur ki, bu qərar ölkənin siyasi və ictimai gündəmində diqqət çəkən məsələlərdən biri kimi qiymətləndirilir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)