Bakıda 45 yaşlı kişi öldürüldü — Saxlanılan var

Dekabrın 26-sı saat 03 radələrində Xətai rayonu NZS qəsəbəsində qətl törədilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1980-ci il təvəllüdlü Ramin Qarayev aldığı bıçaq xəsarətlərindən ölüb. Ona xəsarətlər yetirməklə qətlə yetirməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Rauf Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır. Aslan Vəliyev