Ermənistanda keçiriləcək görüşlə bağlı İlham Əliyevin təqvimində hansısa plan yoxdur - Nazir

Avropa Siyasi Birliyinin formatı kifayət qədər yenidir. Milli.Az Trend -ə istinadən bildirir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, orada iştirakla bağlı dəvət dövlət başçılarına yönəldilir. "Məndə olan məlumata əsasən, 2026-cı ilin mayında Ermənistanda keçiriləcək görüşlə bağlı Prezident İlham Əliyevin təqvimində hansısa plan yoxdur. Daha dəqiq məlumatı isə Prezident Adminstrasiyası verə bilər", - o, əlavə edib. Milli.Az