“Sən necə, davam edirsən, hamını vurursan?” — Prezident +Video

Xəbər verdiyimiz kimi , Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib. “Qafqazinfo”nun məlumatına görə, görüş zamanı tanınmış kikboksçu, dünya və Avropa çempionu Eduard Məmmədovla dövlət başçısı arasında maraqlı dialoq yaşanıb. Prezident İlham Əliyev: Sən necə, davam edirsən? Hamını vurursan? Eduard Məmmədov: Bəli. Prezident İlham Əliyev: Artıq neçə ildir ki, vurursan? Eduard Məmmədov: Otuzdan çox. (gülür) Prezident İlham Əliyev: Sən dəyişmirsən.