Göygöldə qəza — Xəsarət alanlar var

Göygöl rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndi ərazisində baş verib. Belə ki, “Mercedes-Vito” markalı maşınla “Qaz-3110” markalı maşın toqquşub. Nəticədə “Qaz-3110” markalı avtomobildə olan üç nəfər - Yeni Qızılca kənd sakinləri 1982-ci il təvəllüdlü Könül İsmayılova,  1977-ci il təvəllüdlü Zərəngül Hüseynova və Daşkəsən rayon Mollahəsənli kənd sakini 1973-cü il təvəllüdlü Fəxrəddin Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar ilk olaraq Göygöl rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. Faktla bağlı araşdırma başlanılıb. Yunis Quliyev