Yeni başçı müavinini işdən çıxardı - FOTO

Nəsimi Rayon İcra Hakimiyyətində kadr islahatı olub. Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı yeni icra başçısı Elxan İbrahimov Əmr imzalayıb. Əmrə əsasən, icra başçısının müavini Ramiz Quliyev vəzifəsindən azad edilib. Qeyd edək ki, R.Quliyev 4 il idi bu vəzifədə çalışırdı. Daha əvvəl R.Quliyev Şəhərsalma və Arxitektura Komitəsində Regionlarla İş şöbəsində şöbə müdiri vəzifəsində çalışıb. Milli.Az